"Qələbəyə doğru" intellektual oyununda şagirdlərimizin uğuru

  Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Qələbəyə doğru" kuboku uğrunda intellektual oyunda Binəqədi rayonunu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin şagirdləri təmsil edirdi. Bu yarışmada 313 nömrəli tam orta məktəbin şagirdləri uğurla çıxış edərək II yeri tutmuşlar.

  Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Əhliman Əmiraslanov, Məlahət İbrahimqızı, oftalmoloq alim Paşa Qəlbinur və başqaları çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsindəki böyük xidmətlərindən, sədaqətli həyat yoldaşı və xoşbəxt ana olmasından danışdılar. Qeyd etdilər ki, Zərifə xanımın xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi