Aprel döyüşləri bizim şanlı qələbəmizdir!

313 nömrəli tam orta məktəbdə "Aprel döyüşləri bizim şanlı qələbəmizdir!" adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Dövran Abuzərov açaraq qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “aprel döyüşləri tarixdə bizim böyük qələbəmiz kimi qalacaq”. Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi.
Sonda şagirdlər vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndirmişlər.