Səməd Bəy Mehmandarov müasir hərb sənətimizin banisidir

24.12.2015-ci il tarixdə məktəbimizdə Səməd Bəy Mehmandarovun 160 illik yubileyi münasibətilə"Səməd Bəy Mehmandarov müasir hərb sənətimizin banisidir"adlı konfrans keçirildi. Konfransı məktəbimizin direktoru Zakir Bayramov açıq elan etdikdən sonra, məzunlarımızdan AzərbaycanDövlət Pedoqoji Universitetinin tarix fakültəsinin tələbəsi Natiq Həsənovun " Səməd Bəy Mehmandarovun keçdiyi həyat yolu", Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rauf Səfərəliyevin " Azərbaycan Xalq Cumhuriyyətinin ordu quruculuğunda Səməd Bəy Mehmandarovun rolu", məktəbimizin tarix müəllimi Dövran Abuzərovun " Səməd Bəy Mehmandarovun Azərbaycan və Rusiya hərb tarixindəki rolu" mövzusunda məruzələri dinlənildi, iştirakçıların sualları cavablandırıldı. Sonda Səməd Bəy Mehmandarov haqqında videoçarx izlənildi.