“Şahin” hərbi idman oyununun məktəb mərhələsi keçirildi

313 nömrəli tam orta məktəbdə “Şahin” hərbi idman oyununun məktəb mərhələsi keçirilmişdir.
Şagirdlərdə vətənin gələcək müdafiəsində yüksək mənəvi-psixoloji keyfiyyətlər formalaşdırmaq, onları fiziki gərginlik şəraitinə uyğunlaşdırmaq, sıra hazırlığına hazırlamaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Məktəbdaxili yarışda 10b və 8c sinif şagirdləri fərqləndirilmişdir. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən müxtəlif mükafat və qiymətli hədiyyələrlə təltif olunmuşdur.