Xocalı soyqırımını unutma

24. 02. 2017-ci il tarixində 313 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan “Xocalı soyqırımını unutma” adlı tədbir keçirilmişdir. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra məktəbin direktoru Zakir Bayramov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli gün kimi daxil olmuşdur. Lakin bu cinayət cəzasız qalmayacaq. Biz gec-tez öz doğma torpaqlarımızı düşmənlərdən azad edəcəyik.