Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi

      Bu gün məktəbimizin akt zalında 5 A sinfinin təqdimatında 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyevanın hazırladığı bu tədbirdə şagirdlər ana dilinə həsr olunmuş şeirlər dedilər, mahnılar oxudular, görkəmli klassiklərimizin əsərlərindən səhnəciklər göstərdilər. Məktəbin müəllim, şagird və valideyn kollektivinin birgə iştirakı ilə keçən bu tədbir gurultulu alqışlarla sona çatdı. Sonda məktəbin direktoru Zakir Bayramov çıxış edərək dilimizin zənginliyindən, gözəlliyindən danışdı və bu dili sevməyə, hər bir kəsə sevdirməyə, onun saflığını  qorumağa çağırdı. Bununla da Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi