"Debat klubu"nun növbəti görüşü keçirildi

313 nömrəli tam orta məktəbin akt zalında "Debat klubu"nun siniflər arasında növbəti görüşü keçirildi. Görüşdə V və VIII sinif şagirdləri iştirak edirdi. Şagirdlər verilən mövzular ətrafında geniş müzakirələrə qoşularaq, öz mülahizələrini söylədilər.
Müzakirənin sonunda məktəbin direktoru Zakir Bayramov çıxış edərək bildirdi ki, belə görüşlərin müntəzəm keçirilməsi sagirdlərin müstəqil fikir yürütmə qabliyyətlərini inkişaf etdirir.Onlarda məntiqi və tənqidi təfəkkür formalaşdırır.