Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi dərsləri

Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə 13.12.2017-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar 11-ci sinif şagirdlərinə tədris edilən dərsdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli çıxış etmişdir. O, “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyası hakimiyyətə qayıdışı” mövzusunda mühazirə oxumuşdur. Məruzədə Ulu Öndərin Azərbaycanı dağılmaq təhlükəsindən xilas etməsi tarixi faktlarla qeyd edilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar D. Əzimli tərəfindən cavablandırılmışdır.