Azərbaycan dili və ədəbiyyatı fənnindən “Sinifdənxaric oxu” mövzusunda açıq dərs keçirildi

30 noyabr 2017-ci il tarixində 313 nömrəli məktəbin 9d sinfində Azərbaycan dili və ədəbiyyatı fənnindən “Sinifdənxaric oxu” mövzusunda açıq dərs keçirildi.
Şagirdlər II dünya müharibəsi dövründə qadın yazıçılarımızın vətənpərvərlik mövzusunda yazdıqları əsərlərə münasibət bildirdilər.
Sonda diqqət müasir günümüzün ağrılı mövzusu olan Qarabağ müharibəsinə yönəldi. Arxa cəbhədə fədakarlıq göstərən qadınlarımıza həsr olunmuş şeirlərdən nümunələr söyləndi.