Bülbül və Şövkət Ələkbərovanın yaradıcılıq gecəsi keçirildi

    313 nömrəli tam orta məktəbdə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə və xalq artisti, ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və təbliği işində dəyərli töhfələr vermiş mahir muğam və mahnı ifaçısı Şövkət Ələkbərovanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə böyük sənətkarlar Bülbülün və Ş.Ələkbərovanın Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıldı, onların gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdikləri bildirildi. Xalq mahnılarının, təsniflərin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün zəngin yaradıcılıq yolu keçdiyi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırıldı. Görkəmli xanəndələrin ölməz xatirələrinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağı da bildirildi.
   Daha sonra məktəbin şagirdləri hazırladıqları konsert proqramı ilə çıxış etdilər. Milli musiqi mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş sənətkarlara həsr olunan tədbirlərdə şagirdlər Bülbülün və Ş.Ələkbərovanın repertuarından xalq mahnıları və klassik əsərlər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi