"Şanlı üçrəngli bayrağım" adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenlik rəmzidir. XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən türkçülük, islamçılıq və müasirlik düsturu bugünkü suveren dövlətimizdə bayram kimi qeyd olunur. Bu münasibətlə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9d sinif şagirdləri "Şanlı üçrəngli bayrağım" adlı tədbir təşkil etdilər. Onlar stend, inşalar, rəsmlər və şeirlərlə bayrağımıza olan məhəbbətlərini ifadə etdilər.Həmçinin bu gün məktəbimizin akt zalında "Bayraq günü" münasibətilə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlərin iştirakı ilə tədbir keçirildi.