"Silahla yerində və yerişdə əsgəri salamlaşma"

Dərsdə XI sinif şagirdləri iştirak edirdi. Dərs açıq havada taqım komandiri Hüseynov Musanın "Düzül" komandası ilə başladı. Sonra taqım komandiri GÇH rəhbərinə şagirdlərin dərsə davamiyyəti və hazırlığı haqqında raport verdi. Müəllim fiziki tərbiyə dərslərindən sıra hazırlığını xatırladıb, yeni komandalar haqqında şagirdləri məlumatlandırdı. Sonra şagirdlərə fərdi qaydada "Silahla yerində və yerişdə əsgəri salamlaşma" -nın yerinə yetirilməsini məşq etdirdi. Dərsin sonunda şagirdlər qiymətləndirildi. Dərs müvəffəqiyyətlə başa çatdi.