"Xəmsə" Milli İntelektual Oyunu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə" Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.3 bəndinə əsasən gənclərin daha geniş kütləsinin intelektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması məqsədilə Binəqədi rayon Gənclərvə İdman İdarəsinin təşkilatçılığı ilə 12 Noyabr Konstitusiya günü münasibətilə yeniyetmə və gənclərarasında" Xəmsə" Milli İntelektual Oyunu keçirilmişdir. Məktəbimizin" Ucalıq" komandası oyunda iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür.