Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə 26 oktyabr 2017-ci il tarixində Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan şagirdlər çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf еtdirən, zənginləşdirən qüdrətli söz ustası Hüsеyn Cavidin öz yaradıcılığı , dərin hikmətli və fəlsəfi poеziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intibahına xidmət göstərdiyini vurğuladılar. 1937-ci il rеprеssiyalarının qurbanı olmuş böyük mütəfəkkirin anadan olmasının 135 illiyi ilə bağlı hazırlanmış "Durnalar Şimala uçur" adlı ədəbi-bədii kompozisiyanı nümayiş etdirdilər. Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli! Tədbirdə şagirdlər Hüseyn Cavidin öz dediyi kimi ölümdən də zəhərli həyatından və çox dəyərli irsindən danışdılar. Hüseyn Cavidin zamanından çox uca ,böyük zəka sahibi, əfəndi olması,incə lirizm, dərin psixologizm, humanizm, millilik və beynəlmiləlçilik aşılayan əsərləri ilə Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuş sənətkarlarla birlikdə romantizm ədəbi cərəyanının yaradıcılarından biri olduğu qeyd edildi. Tədbirdə H.Cavidin "Topal Teymur"əsərindən bir hissənin səhnələşdirilməsi şagirdlərin böyük marağına səbəb oldu. Bundan başqa göstərilən digər səhnəciklərdə,videokadrlarda Cavid həyatının faciəli məqamları hamını təsirləndirsə də, onun sonadək qürurunu qoruyan bir şəxs olması hamını riqqətləndirdi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Zakir Bayramov tədbirdən, şagirdlərin iştirakından çox razı qaldığını bildirərək tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyevaya minnətdarlığını və tədbirdən çox təsirləndiyini dilə gətirdi. Cavid poeziyasının ucalığından, əlçatmazlığından, dərin fəlsəfəsindən söz açan direktor şagirdlərə Hüseyn Cavid kimi sənətkarımızla fəxr etmələrini, onun yaradıcılığını dərindən öyrətmələrini tövsiyə etdi. Tədbir məktəbin müəllim,şagird və valideyn kollektivinin gurultulu alqışları ilə yekunlaşdı.