18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirildi

Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Bayramov Zakir öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətçilik prinsipləri bərqərar edilib.Müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu barədə danışan direktor dövlət müstəqilliyinin əbədi və dönməz olması üçün hər bir vətəndaşın üzərinə vəzifələrin düşdüyünü, ölkənin inkişaf etdirilməsi işinə hər kəsin öz töhfəsini verməli olduğunu vurğulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi