Dövlət Bayrağı Günü

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, bələdiyyə nümayəndəliyindən qonaqlar,müəllimlər və şagirdlər iştirak edirdilər.Məktəbin direktoru Z.Bayramov çıxış edərək bayrağımızın tarixi haqqında ətraflı məlumat verdi. Şagirdlər şeirlər və kompozisiyalarla çıxış etdilər.