Binəqədi rayonundakı 313 nömrəli tam orta məktəbin 10 illik yubileyi qeyd olunub .Məktəb 2007-ci ildən fəaliyyət göstərir. Məktəbimiz 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 N-li sərəncamı ilə" Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 840 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəbdə hazırda 1731 şagird təhsil alır. Ali məktəblərə qəbul göstəriciləri hər il yüksək olmuş məzunlarin bir çoxu 600-dən yuxarı bal toplamışdır.Məktəbin şagirdləri respublika səviyyəli olimpiada və müsabiqələrdə iştirak etmiş və qalibl olmuşlar. Uğurlarınız bol olsun!