"Xəmsə" Milli İntellektual oyununda məktəbimizin uğuru

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 oktyabr 2017-ci il tarixdə Binəqədi rayon Gənclər evində “Xəmsə” Milli İntellektual oyununun rayon mərhələsi keçirilmişdir. Yarışda məktəbimizi təmsil edən “Uğur” komandası digər -“Ümid”, “Alov” və “Bayraq” komandaları arasında birinci yerə çıxmışdır.