"Bilik günü" qeyd edildi

15 sentyabr ''Bilik günü'' sevincini 313 saylı tam orta məktəbin şagirdləri, onların valideynləri və məktəb kollektivi də yaşayıb. Səhər saatlarından valideynlər və şagirdlər məktəbə axın ediblər. Ötən ili təhsil uğurları ilə başa vuran təhsil müəsissəsi yeni tədris mövsümünə də daha böyük hədəflərlə başlayıb.Tədbiri giriş nitqi ilə açan 313 saylı tam orta məktəbin direktoru Zakir Bayramov bu təhsil ocağında şagirdlərin həm biliyinə, həm də mənəviyyatına diqqətlə yanaşıldığını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin ''Təhsil Millətin Gələcəyidir'' sözlərini xatırladan Zakir Bayramov bu işin şərəfli və məsuliyyətli bir iş olduğunu deyib. Qeyd edib ki, hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir.Bilik günündə iştirak edən birincilər və onların valideynlərinin isə sevinclərinin həddi-hüdudu yox idi. Sonra isə yeni dərs ilinin ilk zəngi çalındı və şagirdlər müəllimləri ilə birlikdə siniflərinə üz tutdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi