“Yaddan çıxmaz Qarabağ...” mövzusunda tədbir kecirildi

Bu gün 08 iyun 2017-ci il, saat 1400-da Binəqədi rayon Sulutəpə qəsəbəsi 313 saylı tam orta məktəbdə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Ümumi təhsil müəssisələrində tarix dərslərinin ictimai və yaradıcı şəkildə təşkili” layihəsi çərçivəsində “Yaddan çıxmaz Qarabağ...” mövzusunda tədbir kecirildi.Dövlət himni ilə başlanan tədbir Qarabağ haqqında video slayd və məktəb şagirdlərinin təşkil etdiyi səhnəciklə davam etdi.Məktəbin direktoru Zakir Bayramov gələn qonaqaları salamlayaraq sözü AMEA-nın əməkdaşı tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə verdi.Dilavər Əzimli çıxışında tədbir iştirakşılarını salamlayaraq bu cür tədbirlərin keçirilməsini məqsədə uyğun hesab etdi. Bildirdi ki, şagirdlərin marifləndirilməsində və şəxsiyyət kimi formalaşdırılmasında göstərdiyi təşəbbüsə görə İctimai Birliyin kolektivinə öz minətdarlığımı bldirirəm.313 saylı tam orta məktəbin tarix müəllimi Dövran Abuzərov məktəblərdə tarix dərslərinin tədrisi vəziyyəti haqqında danışdı.İctimai Birliyin rəhbəri Araz Şamilov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və bu layihə çəçivəsində yeni-yeni tədbirlər həyata keçiriləcəyini bildirdi.Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsad orta məktəblərdə şagirdlərin tarix dərsinə marağını artırmaqla yanaşı, onlarda fitri istedadı aşkarlamaq, dərslərin interaktivliyini təşkil etmək, uşaqların dünyagörüşünü və özünə inamını artırmaq və gələcək nəslin milli – mənəvi dəyərləri öyrənmək istiqamətində inkişaf etdirməkdir.