1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi

313 saylı tam orta məktəbdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zakir Bayramov şagirdləri təbrik etdi. Bildirdi ki,uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi də onların əlindədir. Onları müdafiə etmək isə hər birimizin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Hələ zamanında Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunmasi üçün lazımı qərarların verildiyini, onlara böyük diqqətin göstərildiyini deyən məktəb direktoru əlavə etdi ki, hazırda da bu siyasi kurs Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda şagirdlər vətənə, anaya aid şeirlər səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi