"Ustad Şəhriyar" mövzusuna həsr olunmuş tədbir keçirildi

313 saylı tam orta məktəbdə ‘’Ustad Şəhriyar’’ mövzusuna həsr olunmuş tədbir keçirildi. Tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Ümumi təhsil müəssisələrində tarix dərslərinin ictimai və yaradıcı şəkildə təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur. Dövlət himni ilə başlayan tədbir məktəb şagirdlərinin təşkil etdiyi səhnəciklə davam etdi. Şagirdlər Məhəmmədhüseyn Şəhriyarın ədəbi yaradıcılığından şeirlər söylədilər. 313saylı məktəbin direktoru Zakir Bayramov gələn qonaqaları salamlayaraq Türk dünyasının görkəmli tarixi şəxsiyyəti Məhəmmədhüseyn Şəhriyarın ədəbiyyatımızda və tariximizdə oynadığı roldan söz açdı.Daha sonra Azərbaycanın Güney ədəbiyyatının araşdırıcısı, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, aparacı mütəxəssis Pərvanə Məmmədli çıxış edərək Məhəmmədhüseyn Şəhriyarın həyat və fəaliyyətinə toxundu. Qeyd etdi ki, Məhəmmədhüseyn Şəhriyara ədəbi fəlaiyyətinə görə sağlığında “Hafizi Sani” ləqəbi verilmiş, XX əsrin ən görkəmli şairi yüksək qiymətləndirimişdir. O, daha sonra bildirdi ki, Məhəmmədhüseyn Şəhriyar fars dilində yazdığı şeirlərində də milliyi təbliğ etmiş və bu dildə yaratdığı sənət nümunələrinə Türk ruhunu daşımışdır. Onun yaradıcılığında Türk dilində yaratdığı əsərlər mühüm əhəmiyyət kəsb edir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, aparıcı mütəxəssi Dilavər Əzimli çıxış etdi.Məhəmmdəhüseyn Şəhriyarın yaradıcılığına tarixi baxımdan yanaşdı. Tədbirdə Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Rauf Həsənov və Bakl Şəhər Təhsil İdarəsinin nümayindəsi Şirindil Əhmədov çıxış edərək tədbir təşkilatçılarının fəaliyyətini yüksək qiymətləndirdilər. Sonda ictimai birliyin rəhbəri Araz Şamilov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və bu layihə çəçivəsində yeni-yeni tədbirlər həyata keçiriləcəyini söylədi. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsad orta məktəblərdə şagirdlərin tarix dərsinə marağını artırmaqla yanaşı, onlarda fitri istedadı aşkarlamaq, dərslərin interaktivliyini təşkil etmək, uşaqların dünyagörüşünü və özünə inamını artırmaq və gələcək nəslin milli – mənəvi dəyərləri öyrənmək istiqamətində inkişaf etdirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi