"Sən elə bir zirvəsən ki..."

313 saylı tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq "Sən elə bir zirvəsən ki..." adlı tədbir keçirilmişdir. Məktəbin direktoru Bayramov Zakir tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, xalqımızın iftixarı, hələ sağlığında ikən bütün dünya azərbaycanlılarının ümummilli liderinə və inam mənbəyinə çevrilmiş ulu öndər Heydər Əliyevin ideyaları və əməlləri qəlbimizdə yaşayır və daim yaşayacaqdır. Müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlər əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.Görkəmli dövlət xadiminin siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib. Məhz bu amilləri nəzərə alsaq, müasir Azərbaycan tarixini ümummilli lider Heydər Əliyevin çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil.