"Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi" mövzusunda tədbir keçirildi

Cəmiyyətdə "Ağ ölüm" kimi tanınan narkomaniya insan həyatına sağalmaz yaralar vurur. Bu bəladan xilas olmaq üçün təkcə maarifləndirmə kifayət etmir. Xüsusən yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır. Bu məqsədlə 313 saylı tam orta məktəbdə "Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi" mövzusunda tədbir keçirilmişdir.Tədbiri məktəbin direktoru Bayramov Zakir açaraq bildirdi ki, narkomaniya və onun törətdiyi faciələr haqqında hər bir gənc, xüsusən də məktəblilər geniş məlumata malik olmalıdır.Sonra söz 40-cı Polis bölməsinin rəisi, polis mayoru Ramil Cəbiyevə verildi. O, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar geniş məruzə etdi. Qeyd etdi ki, bu mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində ümumtəhsil məktəblərinin rolu böyükdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi