28 MAY RESPUBLİKA GÜNÜ
27 may 2015-ci il tarixdə 313 N-li məktəbdə"28 MAY RESPUBLİKA GÜNÜ" münasibətilə məktəb rəhbərliyi, müəllimlər, və şagirdlərin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Z.Bayramov açaraq bildirdi ki, bu il mayın 28-də AzərbaycanXalq Cümhuriyyətinin yaradılmasının 94 ili tamam olur.Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir.Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk demokratik respublika idi.Cəmi 23 ay yaşamasına baxmayaraq bu dövrdə bir çox sahələrdə islahatlar aparıldı.Azərbaycan dili dövlət dili elanolundu qadınlara seçki hüququ verildi. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi və 1991-ci ildə yenidən müstəqilliyimiz elan olundu.O vaxtdan " 28 MAY RESPUBLİKA GÜNÜ" kimi qeyd olunur.