Şagirdlər rəğbətləndirilib

Tədris ili ərzində məktəbdaxili tədbirlərdə fəal iştirak edən bir qrup şagird məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilib. Şagirdlərə fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub. Qeyd edək ki, rəğbətləndirmədə məqsəd şagirdlərin şəxsi inkişafına, sosial məsuliyyət hissinin formalaşmasına və məktəbdə sağlam ictimai mühitin qurulmasına yönəlmiş mühüm bir addımdır. Bu cür təltiflər, şagirdlərə göstərdikləri təşəbbüs və zəhmətin dəyərləndirildiyini hiss etdirir, onları daha fəal, cəmiyyətə faydalı, təşəbbüskar və özünəinamlı fərdlər kimi formalaşdırır. Təltiflər, yalnız bir mükafat olmaqdan kənar, həm də motivasiyaedici bir gücə çevrilərək, digər şagirdlər üçün nümunə rolunu oynayır və məktəbdə ictimai fəallığın artmasına səbəb olur. Belə yanaşma, məktəbin tərbiyəvi missiyasını gücləndirir, şagirdlərdə əməksevərlik, liderlik və komanda ruhu kimi dəyərlərin inkişafına dəstək verir.