Böyük Summativ Qiymətləndirmə imtahanları davam edir

03 iyun 2025 - ci il tarixdə lV siniflərdə Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanları keçirilib. BSQ imtahanında şagirdlərə hər bir fənn üzrə 20 sualdan ibarət test sualları təqdim edilib. Suallar fənnin xüsusiyyətlərinə uyğun olaraq müxtəlif səviyyəli düşünmə bacarıqlarını – anlama, tətbiqetmə, təhlil və ümumiləşdirmə və sair idraki bacarıqları yoxlamağa yönəlib. Sualların cavablandırılması üçün hər fənn üzrə 45 dəqiqə olmaqla ümumilikdə 2 saat 15 dəqiqə vaxt verilib. Qeyd edək ki, Böyük Summativ Qiymətləndirmənin əsas məqsədi, şagirdlərin müəyyən fənn üzrə tədris proqramında nəzərdə tutulan standartları nə dərəcədə mənimsədiyini müəyyənləşdirməkdir. Şagirdlərimizə uğurlar arzu edirik.