Böyük Summativ Qiymətləndirmə imtahanlarına start verilib

02 iyun 2025 - ci il tarixdən etibarən Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanlarına start verilib. Qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını obyektiv şəkildə ölçmək, onların nailiyyət səviyyəsini təhlil etmək və tədris prosesində əldə olunan nəticələri qiymətləndirmək məqsədi daşıyır. Hər bir fənn üzrə 20 sualdan ibarət testlər tərtib edilib. Suallar fənnin xüsusiyyətlərinə uyğun olaraq müxtəlif səviyyəli düşünmə bacarıqlarını – anlama, tətbiqetmə, təhlil və ümumiləşdirmə və sair idraki bacarıqları yoxlamağa yönəlib. BSQ İmtahanlar əvvəlcədən hazırlanmış cədvəl üzrə mərhələli şəkildə keçirilir. Məktəbdə imtahanların rahat və şəffaf şəkildə təşkili üçün bütün zəruri təşkilati tədbirlər həyata keçirilib. Qeyd edək ki, Böyük Summativ Qiymətləndirmənin əsas məqsədi, şagirdlərin müəyyən fənn üzrə tədris proqramında nəzərdə tutulan standartları nə dərəcədə mənimsədiyini müəyyənləşdirməkdir.