1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin Akt zalında bayram tədbiri təşkil olunub.

Tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən direktor müavini Təzəgül Orucova uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində şagirdlərin ifasında rəngarəng musiqi nömrələri, şeirlər, rəqs və səhnəciklər nümayiş olunub. Məktəb dəhlizində uşaqlar üçün əyləncəli  rəsmlərdən ibarət sərgi təşkil edilib. Qeyd edək ki, tədbirin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsinə diqqət çəkmək, onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq və cəmiyyətin gələcəyi olan məktəblilərə mənəvi dəstəyin verilməsindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi