Respublika Günü münasibətilə müəllimlər təltif olundu
Məktəbin ictimai həyatında fəallığı ilə seçilən, şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasında, təlim - tərbiyə prosesində nümunəvi fəaliyyəti ilə fərqlənən azərbaycan dili müəllimi Təranə Vəliyeva və psixoloq Sahilə Hacıyeva "28 May – Respublika Günü" münasibətilə təltif olunub.