Məktəbimizdə 6-cı siniflər arasında futbol yarışı keçirildi

Məktəbin Fiziki tərbiyə müəllimi Pərvin Məmmədlinin təşkilatçılığı ilə "28 May Respublika Günü"nə həsr edilmiş Vl sinif şagirdləri arasında futbol yarışı olub. Məktəbimizin idman zalında 6-cı sinif şagirdləri arasında təşkil olunan futbol yarışında rəqabətli oyunlar nəticəsində finala 6Ç və 6E sinifləri yüksəldi. Həyəcanlı final oyununda qalib gələn 6Ç sinfi I yerə layiq görüldü.
Final mərhələsini məktəb rəhbərliyindən direktor muavinləri Nahid Abbasov və Təzəgül müəllim yaxından izlədilər və şagirdlərin idmana olan marağını yüksək qiymətləndirdilər. Sonda final mərhələsinin qalibləri kubok və sertifikatlarla rəğbətləndirilib.
Futbol yarışının təşkilində əsas məqsədlərdən biri də sağlam şagirdləri həyat tərzinin təbliği, komandada işləmə bacarıqlarının inkişafına və məktəbdaxili dostluq münasibətlərinin möhkəmlənməsinə təbliğ etməkdir.