“AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı

Məktəbimizin 10-cu sinif şagirdi Gülbəniz Qasımova 24 may 2025-ci il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalında iştirak edib. Festival çərçivəsində elan olunmuş müsabiqəyə Azərbaycandan və bir çox xarici ölkələrdən, o cümlədən, ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin, Peru, Hindistan və Miyanmar ölkələrindən olmaqla 2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılmış və əsəri sərgilənən iştirakçılara sertfikat təqdim olundu. Nəticə etibarı ilə Gülbəniz Qasımova Festivalda III yerin qalibi olub. Gülbənizi təbrik edir və gələcəkdə uğurlar arzu edirik.