"Zərərli vərdişlərə YOX deyək"

Mayın 22-də məktəbimizdə "Zərərli vərdişlərə YOX deyək" adlı maarifləndirici tədbir keçirilib. 

Zərərli vərdişlərə yox əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik və s.) fəsadları barədə məlumatlandırma və bu vərdişlərdən uzaq durmağın vacibliyini vurğulamaq olub.

Tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi, psixoloq, həkim və Binəqədi rayon polis idarəsinin əməkdaşları Cəfər Adıgözəlov, Tural Seyidli, məktəb rəhbərliyi, 9, 10 və 11-ci sinif şagirdləri  iştirak ediblər. Çıxış edənlər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji duruma və cəmiyyətə vurduğu zərərlərdən bəhs edərək, şagirdləri bu cür hallardan uzaq durmağa çağırıblar.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılar “Sağlam gələcək – bizim əlimizdədir!” şüarı ilə çıxış edərək həmyaşıdlarını düzgün seçim etməyə səsləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi