İbtidai sinif şagirdimizin uğurları

Məktəbin 2-ci sinif şagirdi Nuray Yasin qızı Ramazanova beynəlxalq miqyaslı məntiq - riyaziyyat olimpiadalarında uğurlar qazanıb. Hətta Beynəlxalq olimpiadalarda iştirakla bağlı bəzi ölkələrdən dəvətlər alıb. Nuray müxtəlif riyaziyyat və məntiq yönümlü olimpiadalarda iştirak edərək bir neçə gümüş və bürünc medal, həmçinin fərqlənmə sertifikatları əldə edib.
Balaca yaşına baxmayaraq, göstərdiyi bu əzmkarlıq və intellektual bacarıqlar Nurayın gələcəkdə böyük uğurlara imza atacağının bariz göstəricisidir.
Məktəb rəhbərliyi adından Nurayı və ailəsini ürəkdən təbrik edir, şagirdimizin gələcək fəaliyyətində daha böyük zirvələr fəth etməsini arzulayırıq!