Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş futbol yarışı

08 may 2025-ci il tarixində 313, 217, 103 və 333 saylı tam orta məktəblərin komandaları arasında Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş futbol yarışı keçirildi. Yarış həm sağlam həyat tərzini təşviq etmək, həm də şagirdlər arasında dostluq, əməkdaşlıq və komanda ruhunu gücləndirmək məqsədi daşıyırdı. Yarışda müxtəlif siniflərdən formalaşmış komandalar iştirak edərək ədalətli oyun və idman ruhunu nümayiş etdirdilər. Nəticədə məktəbimizin komandası II yerin qalibi olub və iştirakçılar da mükafatlandırılıb.