“Asudə vaxtlarının düzgün idarə olunması” mövzusunda tədbir keçirildi

Məktəbimizdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və onların inkişafına töhfə vermək məqsədilə “Asudə vaxtlarının düzgün idarə olunması” adlı tədbir keçirildi. Tədbirdə məktəbin istedadlı şagirdləri müxtəlif çıxışlar etdilər. Onlar rəqs, idman, mahnı ifaları ilə yanaşı, pianoda və sazda musiqi parçaları səsləndirdilər, şeir və xor təqdimatları ilə tədbirə rəng qatdılar.
Tədbir çərçivəsində vaxtdan düzgün istifadə və şagirdin uğur qazanmasında valideynlərin rolu mövzuları əsasında hazırlanmış səhnəciklər nümayiş etdirildi.
Direktor müavini Günel Bədəlova və məktəbin psixoloqu Sahilə Hacıyeva da çıxış edərək vaxtın düzgün planlaşdırılmasının əhəmiyyətindən danışdı və şagirdin inkişafında valideyn–müəllim–şagird üçbucağının qarşılıqlı əməkdaşlıq şəraitində qorunmasının vacibliyini vurğuladı.