Dərs müşahidələri davam etdirilir.

Məktəbdə müəllimlərin peşəkar inkişafını dəstəkləmək və tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədilə dərs müşahidələri sistemli şəkildə davam etdirilir. Müşahidələr məktəbdaxili metodik plan əsasında təşkil olunur və müxtəlif fənləri əhatə edir.
Dərs izləmələri zamanı müəllimlərin tədris strategiyaları, şagirdlərin dərsə cəlb olunma səviyyəsi və qiymətləndirmə üsulları diqqətlə təhlil olunur. Müşahidələrin nəticələri əsasında müəllimlərə fərdi geribildirimlər təqdim edilir və inkişaf yönümlü tövsiyələr verilir.