Valideyn iclaslarının keçirilməsinə başlanılıb.

Görüşün əsas məqsədi təhsil prosesində valideynlərin iştirakı və şagirdlərin inkişafına dair birgə məsuliyyətin gücləndirilməsi olmuşdur. Məktəb rəhbərliyi tərəfindən valideynlərə qarşıya qoyulan hədəflər və mövcud çətinliklər barədə ətraflı məlumat vermişdir. Həmçinin məktəbdə nizam-intizamın təmin olunması, dərsə davamiyyət, şagirdlərin davranışı, təhlükəsizlik və sosial-psixoloji dəstək məsələlərinə toxunulmuşdur. Müəllimlər tərəfindən fənn üzrə nəticələr, şagirdlərin nailiyyətləri və valideynlərlə əməkdaşlığın əhəmiyyəti qeyd olunmuş, valideynlərin sualları cavablandırılmışdır.
İclasın sonunda valideynlərə məktəbdə planlaşdırılan yeniliklər və tədbirlər barədə məlumat verilmiş, onların rəy və təklifləri dinlənmişdir.