"Yurdumuza Novruz Gəlir" adlı tədbir keçirilib

Martın 18-də məktəbin müəllimləri İlkanə Rzayeva və Zərifə Mehdiyevanın təşkilatçılığı ilə məktəbimizin akt zalında "Yurdumuza Novruz Gəlir" adlı bayram tədbiri keçirilib. Tədbirin əsas məqsədi şagirdlərə milli adət-ənənələri aşılamaq, Novruz bayramının mahiyyətini onlara daha yaxından tanıtmaq olub. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və qonaqlar iştirak ediblər. Şagirdlər Novruzun əsas personajları – Kosa və Keçəl obrazlarını canlandıraraq maraqlı səhnəciklər nümayiş etdiriblər. Bayram proqramında milli rəqslər, şeirlər, mahnılar və səhnəciklər yer alıb, həmçinin, “Novruz Bayramı”nın tarixi, mənası və milli əhəmiyyəti haqqında məlumat verilib.  Müxtəlif yaş qruplarından olan şagirdlər yumurta döyüşdürmə, xonça bəzəmə və digər maraqlı Novruz oyunlarında iştirak ediblər. Tədbirin sonunda məktəb direktoru çıxış edərək Novruzun birliyimizi və həmrəyliyimizi simvolizə etdiyini vurğulayıb. O, şagirdlərə təhsildə uğurlar arzulayıb və bayram münasibətilə hər kəsi təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi