Məktəbdaxili monitorinqlər

Məktəbimizdə tədrisin keyfiyyətini artırmaq və nizam-intizamı daha da gücləndirmək məqsədilə siniflərdə mütəmadi yoxlamalar aparılır. Keçirilən monitorinqlər zamanı şagirdlərin dərsə davamiyyəti, dərsə hazırlıq səviyyəsi, müəllimlərin dərs prosesində tətbiq etdikləri metodlar və sinif daxilində intizam qaydalarına riayət olunması qiymətləndirilir. Yoxlamalar nəticəsində aşkar olunan müsbət və mənfi hallar təhlil edilir, tədrisin keyfiyyətinin artırılması üçün müvafiq tədbirlər görülür.