"Erkən nigaha yox deyək" mövzusunda maarifləndirmə

03 mart 2025-ci il tarixdə məktəbin psixoloqu Sahilə Hacıyeva tərəfindən 8-ci sinif qız şagirdləri ilə erkən nigahın mənfi nəticələri və sosial problemləri haqqında təlimatlandırıcı görüş keçirilib. Görüşdə psixoloq, erkən yaşda evliliyin təhsil, sağlamlıq və şəxsi inkişaf üzərində mənfi təsirlərini izah edərək, şagirdləri məlumatlandırıb. Təlim zamanı şagirdlərin sualları cavablandırılıb. Tədbirin əsas məqsədi qız şagirdlərini erkən nigahın mənfi nəticələri barədə məlumatlandıraraq, gələcək həyatlarında daha müdrik qərarlar vermək bacarıqlarını artırılmasından ibarətdir.