Xocalı soyqırımından - 33 il ötür

26 fevral 2025-ci il tarixində məktəbimizdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Məktəbin azərbaycan dili müəllimi İlkanə Rzayeva və musiqi müəllimi Zərifə Mehdiyevanın təşkilatçılığı ilə baş tutan tədbirdə məktəb rəhbərliyi, müəllimlər, müharibə vetranları, şagirdlər və valideynlər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və “Dövlət Himni”nin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru çıxış edərək “Xocalı Faciəsi”nin tariximizdə ən dəhşətli soyqırımlardan biri olduğunu vurğulayıb və bu hadisənin heç vaxt unudulmamalı olduğunu bildirib. Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya, Xocalı qurbanlarına həsr olunmuş şeirlər və tarixi xatırladan təqdimatlar tədbirə xüsusi məna qatıb. Eyni zamanda, Xocalı faciəsini əks etdirən fotostend sərgilənib, soyqırımı şahidlərinin xatirələrindən parçalar səsləndirilib. Sonda Xocalı şəhidlərinin ruhuna dualar oxunub və tədbir iştirakçıları bir daha bu faciəni törədənlərin ədalət qarşısında cavab verməli olduğunu vurğulayıblar. Məktəb kollektivinin iştirakı ilə keçirilən tədbir Xocalı soyqırımının unudulmaması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Əsas məqsəd təhsilalanlarda Xocalı qurbanlarının ruhuna hörmət etmək, vətəni sevmək, milli dəyərlərimizə sahib çıxmaq, tariximizdən dərs almaq hissi formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi