"Xocalı soyqırımının 33-cü ildönümü"nə həsr edilmiş divar qəzetləri

23 fevral 2025-ci il tarixində məktəbin İllik Fəaliyyət Planına əsasən "Xocalı soyqırımının 33-cü ildönümü"nə həsr edilmiş divar qəzetləri hazırlanıb. Divar qəzetlərinin hazırlanmasında siniflər fəal iştirak edərək, Xocalı faciəsinə həsr olunmuş divar qəzetləri hazırlamışdır. Şagirdlərin hazırladıqları materiallar məktəbin dəhlizində nümayiş etdirilərək, hər bir sinif öz yaradıcılıq fikirlərini və emosiyalarını ifadə etmişdir. Divar qəzetlərində Xocalı faciəsinin tarixi əhəmiyyəti, faciənin qurbanları və Azərbaycan xalqının bu qara səhifəyə münasibəti əks olunmuşdur. Şagirdlərin işləri arasında faciənin dəhşətli mənzərələrini təsvir edən rəsmlər, şeirlər, məqalələr və fotoşəkillər xüsusi diqqət çəkmişdir. Onlar, Xocalıda törədilən insanlıq əleyhinə cinayətləri heç vaxt unutmayacaqlarını və artıq vətən naminə bu faciənin qisasını aldıqlarını vurğulamışdırlar. Əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu inkişaf etdirmək, Azərbaycançılıq ideologiyasını dərk etdirmək və onları milli ruhda tərbiyə etməkdir.