Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş rəsm müsabiqəsi

18 fevral 2025-ci il tarixində məktəbdə müvafiq plana əsasən "Xocalı soyqırımının 33-cü ildönümü" nə həsr edilmiş rəsm müsabiqəsi keçirilib. Rəsm müsabiqəsinin keçirilməsində şagirdlər fəal iştirak edərək, Xocalı faciəsini əks etdiriblər. Şagirdlərin hazırladıqları materiallar məktəbin dəhlizində nümayiş etdirilərək, hər bir sinif öz yaradıcılıq fikirlərini və emosiyalarını ifadə etmişdir. Rəsm müsabiqəsində Xocalı faciəsinin tarixi əhəmiyyəti, faciənin qurbanları və Azərbaycan xalqının bu qara səhifəyə münasibəti əks olunmuşdur. Şagirdlərin işləri arasında faciənin dəhşətli mənzərələrini təsvir edən rəsmlər xüsusi diqqət çəkmişdir. Onlar, Xocalıda törədilən insanlıq əleyhinə cinayətləri heç vaxt unutmayacaqlarını və artıq vətən naminə bu faciənin qisasını aldıqlarını vurğulamışdırlar. Əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu inkişaf etdirmək, Azərbaycançılıq ideologiyasını dərk etdirmək və onları milli ruhda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi