Pedaqoji şura iclası keçirilib.

İclasın gündəliyinə uyğun olaraq direktor müavinlərinin çıxışları dinlənildi. Əsasən yarımil ərzində keçirilən dərslərin nəticələri və tədris prosesi ilə bağlı təhlillər, siniflər üzrə təlim göstəricilərinə nəzər salaraq zəif tərəfləri inkişaf etdirmək üçün müəyyən tədbirlərin görülməsinin vacibliyi qeyd edildi. Bundan əlavə məktəbdaxili intizam, şagirdlərin tərbiyəsi və yarımil ərzində həyata keçirilmiş tədbirlər haqqında danışıldı.

Sonda məktəbin direktoru Laçın Hüseynli yarımil ərzində görülən işlər haqqında ümumi məlumat verdi. O, şagirdlərin təlim nailiyyətlərini, tərbiyə sahəsində əldə olunan uğurları və qarşıdakı dövr üçün hədəfləri kollektivin diqqətinə çatdırdı. Direktor çıxışında müəllimlərin və kollektivin fədakar əməyinin nəticəsində əldə edilən uğurların əhəmiyyətini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi