“20 Yanvar faciəsinin 35-ci ildönümü”

Məktəbin ibtidai sinif rəhbərlərinin təşkilatçılığı ilə “20 Yanvar faciəsinin 35-ci ildönümü”nə həsr edilmiş sinif təşkilat saatları keçirilib. Dərslər Dövlət Himninin oxunması və “20 Yanvar” şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilməsi ilə başlayıb. İbtidai sinif müəllimləri “20 Yanvar” faciəsinin 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olduğunu, bu faciənin yalnız hüzn günü deyil, həm də xalqın iradəsini, milli ruhunu, azadlıq arzusunu göstərən qəhrəmanlıq salnaməsi olduğunu, vətənpərvərlik və milli irsə hörmət ruhunu aşılamaq üçün faciə qurbanlarının xatirəsini əziz tutmalı olduqlarını vurğulayıblar. “20 Yanvar faciəsi” ilə bağlı sinif təşkilat saatlarının keçirilməsində məqsəd şagirdlərdə milli şüur, vətənpərvərlik hissləri və tarixi yaddaşı gücləndirməkdir.