"20 Yanvar faciəsi"nin 35-ci ildönümü

Bu gün məktəbin akt zalında "20 Yanvar faciəsi"nin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri, valideynlər və yuxarı sinif şagirdləri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb, daha sonra müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəblilərin ifasında müxtəlif kompozisiyalar numayiş etdirilib, məktəb xorunun ifasında vətənpərvər mahnılar dinlənildi. Tədbirin sonunda məktəbin direktoru Laçın Hüseynli bu cür tədbirlərin önəmindən danışaraq "20Yanvar faciəsi"nin xalqımız üçün şərəfli və qürurlu bir tarix olduğunu bildirdi. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd şagirdlərə Azərbaycan xalqının müstəqillik mübarizəsi tarixini, milli qəhrəmanlığını və vətənpərvərlik ruhunu aşılamaq və onlarda vətənə bağlılıq, mübarizlik və milli birlik ruhunun əhəmiyyətini çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi