Kitablarla tanışlıq

Bu həftə məktəbimizin kitabxanasında ibtidai sinif şagirdləri üçün maraqlı və maarifləndirici görüşlər keçirilib. İbtidai sinif müəllimlərimiz şagirdləri kitabxanada mövcud olan müxtəlif kitablarla tanış edib, onların məzmunu və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, kitabların insan həyatındakı rolu və bilik mənbəyi kimi əhəmiyyəti vurğulanıb.

İbtidai sinif şagirdlərinin kitabxana fondu ilə tanış edilməsində məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların dünyagörüşünü genişləndirmək və kitab oxumağa həvəs oyatmaqdan ibarətdir. Əlavə olaraq kitabxanaçılar tərəfindən şagirdlərə kitab seçimi və istifadə qaydaları izah olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi