Böyük Summativ Qiymətləndirmə

Böyük Summativ Qiymətləndirmə imtahanlarına start verilib. Təhsil Nazirliyinin kollegiyasının 28 dekabr 2018 - ci il tarixli 8/1 nömrəli qərarına uyğun olaraq məktəbin IV – XI siniflərində oxuyan şagirdlər üçün Böyük summativ qiymətləndirmə imtahanları keçirilib. BSQ imtahanında hər fənn üzrə açıq və qapalı olmaqla şagirdlərə 20 test tapşırığı təqdim olunub. IV, IX və XI siniflərdə bütün fənlərdən, digər siniflərdə isə buraxılış fənlərindən BSQ imtahanı keçirilməsi nəzərdə tutulub. Tədris ilinin İlk BSQ imtahanlarına VIII siniflərdə başlanılıb.
Qeyd edək ki, BSQ intahanlarının təşkili və keçirilməsi üçün məktəbdaxili müvafiq qaydada işçi qrupu yaradılıb. Məqsəd Təhsil Nazirliyinin müvafiq qərarının icrasını təmin etmək və şagirdlərin fənn standartlarını nə dərəcədə mənimsədiyini aşkar etməkdən ibarətdir.