"20 Yanvar faciəsi"nin 35 - ci ildönümü

15 yanvar tarixində "20 Yanvar faciəsi"nin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Aidə Məmmədova "20 Yanvar faciəsi"nin tarixi əhəmiyyətindən danışdı. Sonda tarixi faciəni əks etdirən videoçarx nümayiş etdirildi.